`Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI


14:18     09 Yanvar 2018 melijk1.jpg

Ötən gün özünü dənizə ataraq intihar edən gənc şair Məlik Cahan haqqında məlumat vermişdik.


Femida.az xəbər verir ki, şair ölümündən bir neçə dəqiqə əvvəl bulvarda olarkən "facebook"da paylaşdığı şeirində intihara işarə vurub.

Məlikin həmin şeirini və fotolarını təqdim edirik:

Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil,başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.

Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.

Bundan sonra bayramlar
il dönümü olacaq,
xeyrlə şər qardaşdı.

Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.

Öyrəşir... Hamı öyrəşir..

Bir gün ruh tərk edir səni,
qalxır,göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də, sözünü də.
Sonra…
Bir gün sənin özünü də
unudur...
Hamı unudur...

Bir gün ruh tərk edir səni,
ruh səni,sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi...









Amin Nəzərli

Femida.az


Açar sözlər:

Oxunub: 9287